Songtexte.com Drucklogo

Mahur Songtext
von Sevda

Mahur Songtext

Bilməm, bu nazənin kimin istəkli yarıdır?
Bilməm, bu nazənin kimin istəkli yarıdır?
Ya hansı bəxtiyarların bəxtiyarıdır

Açdıqca gül cəmalını, ellər fərəhlənir
Guya gözəllik aləminin novbaharıdır


Dünya buna zənin mələkin həsrətin çəkir
Dünya buna zənin mələkin həsrətin çəkir
Xəlqin sevimli afəti, həm şəhriyarıdır
Qan etmə, saqi, bağrımızı, badə tez gətir
Qan etmə, saqi, bağrımızı, badə tez gətir

Götür qədəhləri, götür qədəhləri gecəmiz keçdi, yarıdır
Hər kim deyirsə, sevmə bu rəna gözəlləri
Hər kim deyirsə, sevmə bu rəna gözəlləri
Bilmir ki, sevgi aləmi biixtiyarıdır

Bir gün gələr ki, mən gedərəm, xəlq söyləyər
Biçarə Vahidin bu qəzəl yadigarıdır

Songtext kommentieren

Log dich ein um einen Eintrag zu schreiben.
Schreibe den ersten Kommentar!

Beliebte Songtexte
von Sevda

Quiz
Welche Band singt das Lied „Das Beste“?

Fans

»Mahur« gefällt bisher niemandem.