Songtexte.com Drucklogo

Nasimi Songtext
von Sami Yusuf

Nasimi Songtext

Məndə sığar iki cahan, mən bu cahana sığmazam
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam

Tir mənəm, kaman mənəm, pir mənəm, cavan mənəm

Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm
Surəti gör bəyan ilə, çünki bəyana sığmazam

Nara yanan şəcər mənəm, çərxə çıxan həcər mənəm
Məndə sığar iki cahan, mən bu cahana sığmazam
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam

Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm
Surəti gör bəyan ilə, çünki bəyana sığmazam

Məndə sığar iki cahan, mən bu cahana sığmazam
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam
Ərşlə fərşü kafü nun məndə bulundu cümlə çün
Sən bu nişanla bil məni, bil ki, nişana sığmazam

Tir mənəm, kaman mənəm, pir mənəm, cavan mənəm
Dövləti-cavidan mənəm, ayinədana sığmazam
Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm

Dövləti-cavidan mənəm
Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm
Məndən uludur ayətim, ayətə, şana sığmazam
Sığmazam
Sığmazam
Sığmazam
Sığmazam

Tir mənəm, kaman mənəm, pir mənəm, cavan mənəm
Dövləti-cavidan mənəm, ayinədana sığmazam
Sığmazam
Sığmazam
Sığmazam
Sığmazam

Kövni-məkandır ayətim
Zatidürür bidayətim
Sən bu nişanla bil məni, bil ki, nişana sığmazam
Sığmazam, sığmazam, sığmazam

Sığmazam mən, sığmazam mən, sığmazam
Sığmazam mən, sığmazam mən, sığmazam

Məndə sığar iki cahan, mən bu cahana sığmazam
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam

Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm
Surəti gör bəyan ilə, çünki bəyana sığmazam
Məndə sığar iki cahan, mən bu cahana sığmazam

Gənci-nihan mənəm mən uş
Eyni-əyan mənəm, mən uş
Gövhəri-kan mənəm, mən uş
Bəhrəvü kana sığmazam

Tir mənəm, kaman mənəm, pir mənəm, cavan mənəm
Dövləti-cavidan mənəm, ayinədana sığmazam
Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm
Məndən uludur ayətim, ayətə, şana sığmazam
Sığmazam
Sığmazam
Sığmazam
Sığmazam

Həm sədəfəm, həm inciyəm, həşrü sirat əsinciyəm
Bunca qumaşü rəxt ilə mən bu dükana sığmazam

Şəhd ilə həm şəkər mənəm, şəms mənəm, qəmər mənəm
Ruhi-rəvan bağışlaram, ruhi-rəvana sığmazam

Məndə sığar iki cahan, mən bu cahana sığmazam
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam
Məndə sığar iki cahan, mən bu cahana sığmazam
Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam
Mən bu cahana sığmazam
Mən bu cahana sığmazam
Mən bu cahana sığmazam

Songtext kommentieren

Log dich ein um einen Eintrag zu schreiben.
Schreibe den ersten Kommentar!

Fans

»Nasimi« gefällt bisher niemandem.