Songtexte.com Drucklogo

Sarı Gül Songtext
von Şövkət Ələkbərova

Sarı Gül Songtext

Sarı gül, sarı gül, ey şikəstə, solğun nur
Sarı gül, sarı gül, ey şikəstə, solğun nur
Neçin aludeyi-xəyal oldun?
Neçin aludeyi-xəyal oldun?
Çeşmi-nazində başqa rəmz oxunur
Söylə, bir söylə, sən niçin soldun?
Söylə, bir söylə, sən niçin soldun?
Söylə, bir söylə, sən niçin soldun?
Düşünüb durma böylə incə, dərin
İncəlik, dərinlik, ya dərinlik afətdir
Nerdə əvvəlki dadlı cilvələrin?
Bu nə halət, bu nə halət, necə qiyafətdir?
Ah... bilməm nə sehr var səndə
Könül ancaq səninlə nəşə bulur
Sən mələksən, sən mələksən, təvərrüm etsən də
Yenə ruhum sənin əsirin olur
Yenə ruhum sənin əsirin olur


Mən dilərdim ki, mən dilərdim ki, cümlə züvvarın
Mən dilərdim ki, mən dilərdim ki, cümlə züvvarın
Sənə həmşireyi-səfa deyələr
Sənə həmşireyi-səfa deyələr
Neçin ağlar nigahi-bimarın?
Səni qoynunda bəsləmişmi kədər?
Səni qoynunda bəsləmişmi kədər?
Səni qoynunda bəsləmişmi kədər?
Düşünüb durma böylə incə, dərin
İncəlik, dərinlik, ya dərinlik afətdir
Harda əvvəlki dadlı cilvələrin?
Bu nə halət, bu nə halət, necə qiyafətdir?
Ah... bilməm nə sehr var səndə
Könül ancaq səninlə nəşə bulur
Sən mələksən, sən mələksən, təvərrüm etsən də
Yenə ruhum sənin əsirin olur
Yenə ruhum sənin əsirin olur

Songtext kommentieren

Log dich ein um einen Eintrag zu schreiben.
Schreibe den ersten Kommentar!

Fans

»Sarı Gül« gefällt bisher niemandem.